Reanimasiya və İntensiv Terapiya Şöbəsi

Reanimasiya və İntensiv Terapiya Şöbəsi

Reanimasiya və İntensiv Terapiya şöbəmiz həyati təhlükəsi olan və intensiv tibbi nəzarət tələb edən pasiyentlərə 24/7 fasiləsiz xidmət göstərən ixtisaslaşmış tibbi bölmələrdən biridir. Burada ağır vəziyyətdə olan pasiyentlərin həyati funksiyaları fasiləsiz izlənilir, kritik hallara operativ müdaxilə edilir və müalicə prosesi təcrübəli reanimatoloqlar tərəfindən beynəlxalq tibbi standartlara uyğun şəkildə həyata keçirilir. Hər bir pasiyent üçün fərdi müalicə planı hazırlanır və bütün müalicə müddətində peşəkar tibbi nəzarət təmin olunur. Şöbəmiz müasir reanimasiya avadanlıqları, müstəqil havalandırma sistemi, laminar axınlı HEPA filtrləri və smart idarəetmə texnologiyası ilə təchiz olunmuşdur. Xəstə yataqları süni tənəffüs cihazları, müasir kardiomonitorlar və xüsusi havalı döşəklərlə təmin edilmişdir.

Reanimasiya və İntensiv Terapiya Şöbəsi

Eyni zamanda orqan çatışmazlığı olan pasiyentlər üçün hemodializ, hemofiltrasiya və plazmaferez kimi intensiv terapiya prosedurları uğurla icra olunur. Pasiyentlərimizin təhlükəsizliyi və sağlamlığının qorunması əsas prioritetimizdir. Müasir texnologiyalar və peşəkar tibbi heyətin koordinasiyalı fəaliyyəti sayəsində kritik vəziyyətdə olan pasiyentlərə operativ və etibarlı tibbi yardım göstərilir. Məqsədimiz hər bir pasiyentə ən ağır klinik vəziyyətlərdə belə təhlükəsiz, yüksək keyfiyyətli intensiv terapiya xidməti göstərmək və müasir tibbin imkanlarından istifadə etməklə onların sağlamlıqlarının bərpasına dəstək olmaqdır.

Digər xidmətlər

Anesteziologiya Və Əməliyyatxana

Anesteziologiya Və Əməliyyatxana

Anesteziologiya və Əməliyyatxana şöbəmizdə cərrahi əməliyyatlar beynəlxalq standartlarla həyata keçirilir.

Ətraflı
Göz mərkəzi

Göz mərkəzi

Lux International Hospital insan sağlamlığını əsas prioritet sayan müasir tibb müəssisəsidir.

Ətraflı
Kardiologiya

Kardiologiya

Kardiologiya şöbəmizdə ürək-damar xəstəliklərinin diaqnostika və müalicəsi həyata keçirilir.

Ətraflı
Laboratoriya

Laboratoriya

Laboratoriyamızda aparılan dəqiq analizlər xəstəliklərin erkən aşkarlanmasına imkan yaradır.

Ətraflı

Pasiyentlərin rəyləri

Qəbul üçün müraciət edin