
Anesteziologiya Və Əməliyyatxana
Anesteziologiya və Əməliyyatxana şöbəmiz müxtəlif ixtisaslar üzrə cərrahi müdaxilələrin təhlükəsiz və beynəlxalq tibbi standartlara uyğun şəkildə həyata keçirildiyi müasir tibbi bölmələrdən biridir
Ətraflı
Travmatologiya və Ortopediya Mərkəzimiz dayaq-hərəkət sisteminin sağlamlığının qorunması, travmaların və ortopedik problemlərin erkən diaqnostikası və müalicəsi istiqamətində kompleks tibbi xidmətlər göstərən ixtisaslaşmış bölmələrdən biridir. Mərkəzdə sümük sınıqları və çıxıqlar, oynaq və bağ zədələnmələri, onurğa problemləri, osteoartrit, əzələ-skelet sistemi xəstəlikləri, idman travmaları və digər ortopedik problemlərin diaqnostikası və müalicəsi həyata keçirilir.

Təcrübəli həkim-travmatoloq və ortopedlərimiz tərəfindən aparılan ətraflı konsultasiya, klinik müayinə və müasir görüntüləmə üsulları əsasında hər bir pasiyent üçün fərdi müalicə planı hazırlanır. İlkin konsultasiyadan başlayaraq diaqnostika, müalicə, reabilitasiya və sonrakı nəzarət mərhələlərinədək bütün proses peşəkar tibbi nəzarət altında həyata keçirilir.
Mərkəzimiz müasir diaqnostik avadanlıqlar, ultrasəs və rentgen görüntüləmə sistemləri, ortopedik müayinə və müalicə avadanlıqları ilə təchiz olunmuşdur. Mərkəzimiz müasir diaqnostik avadanlıqlar, ultrasəs və rentgen görüntüləmə sistemləri, ortopedik müayinə və müalicə avadanlıqları ilə təchiz olunmuşdur. Burada travma və ortopedik xəstəliklərin dəqiq diaqnostikası, konservativ müalicə, zəruri hallarda isə müasir cərrahi və minimal invaziv müdaxilələr beynəlxalq tibbi protokollara uyğun şəkildə həyata keçirilir.
Pasiyentlərimizin hərəkət qabiliyyətinin bərpası, ağrının azaldılması və təhlükəsiz müalicəsi əsas prioritetimizdir. Müasir diaqnostika və fərdi müalicə yanaşması sayəsində problemlərin erkən aşkarlanmasına, müalicənin effektivliyinin artırılmasına və bərpa prosesinin daha sürətli və rahat keçməsinə şərait yaradılır.
Məqsədimiz hər bir pasiyentə etibarlı, təhlükəsiz və yüksək keyfiyyətli travmatoloji və ortopedik xidmət göstərmək, müasir tibbin imkanlarından istifadə edərək hərəkət sağlamlığını qorumaq və pasiyentlərimizin həyat keyfiyyətini yüksəltməkdir.