Dr. Xalidə Əliyeva

Laboratoriya şöbə müdiri

Dr. Xalidə Əliyeva
Bazar ertəsi – Cümə:

09:00–17:00

Şənbə:

09:00–13:00

Haqqında

Dr. Xalidə Əliyeva laborator diaqnostika və mikrobiologiya sahəsində 18 ildən artıq peşəkar təcrübəyə malik həkim-mikrobioloqdur. O, klinik laborator analizlərin aparılması, mikrobioloji müayinələr, infeksion xəstəliklərin laborator diaqnostikası və nəticələrin elmi əsaslarla qiymətləndirilməsi sahəsində geniş təcrübəyə malikdir. Müasir laborator diaqnostika standartlarını tətbiq edərək dəqiq və etibarlı nəticələrin əldə olunmasına, eləcə də pasiyentlərin düzgün diaqnoz və müalicəsinə töhfə verir.

Dr. Xalidə Əliyeva ali təhsilini 2006–2010-cu illərdə Təfəkkür Universitetində Tibbi biologiya ixtisası üzrə almışdır. Peşəkar fəaliyyətə N. Tusi Klinikasında həkim-laborant kimi başlamış, daha sonra 2011–2012-ci illərdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzində internatura keçərək laborator diaqnostika və mikrobiologiya sahəsində ixtisaslaşmışdır.

Daim peşəkar inkişafı hədəfləyən mütəxəssis laboratoriya tibbində tətbiq olunan müasir metod və texnologiyalar üzrə biliklərini davamlı şəkildə təkmilləşdirir.

Peşəkar fəaliyyəti ərzində Mərkəzi Neftçilər Xəstəxanasında, Məlhəm International Hospitalda və Ellab Diaqnostika Mərkəzində həkim-laborant və həkim-mikrobioloq kimi çalışaraq laborator diaqnostikanın müxtəlif istiqamətləri üzrə zəngin praktik təcrübə qazanmışdır. Hazırda LUX International Hospital-da Laboratoriya şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərərək laborator xidmətlərin beynəlxalq keyfiyyət standartlarına uyğun təşkili, nəticələrin dəqiqliyinin təmin olunması və müasir laborator diaqnostika metodlarının tətbiqini həyata keçirir.

Dr. Xalidə Əliyeva peşəkar inkişafına xüsusi önəm verərək UKM Kongresi, UKMH Kongresi, Türk Mikrobiologiya Kongresi, AZLTK & LAB EXPO Medical Congress, TMK Kongresi və digər beynəlxalq elmi tədbirlərdə iştirak etmişdir. O, həmçinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi, İİF ağırlıqlı seroloji testlər, autoimmun xəstəliklərin laborator diaqnostikası və digər ixtisasartırma proqramlarını uğurla tamamlamış, 2019 və 2024-cü illərdə həkim-mikrobioloq üzrə dövlət sertifikasiyasından keçmişdir.

Dr. Xalidə Əliyeva tərəfindən göstərilən xidmətlərə mikrobioloji laborator analizlər, biokimyəvi laborator müayinələr, infeksion xəstəliklərin laborator diaqnostikası, seroloji və immunoloji testlər, autoimmun xəstəliklərin laborator diaqnostikası, bakterioloji müayinələr və antibiotik həssaslığının təyini, klinik laborator analizlərin qiymətləndirilməsi və keyfiyyətə nəzarət, həmçinin hər bir pasiyent üçün laborator nəticələrin dəqiq təhlili və fərdi diaqnostik yanaşmanın təmin edilməsi daxildir.

Pasiyentlərin rəyləri

Qəbul üçün müraciət edin

Tarix seçin