Dr. Şəfa Şahbazova

Kardioloq

Dr. Şəfa Şahbazova
Bazar ertəsi – Cümə:

09:00–17:00

Şənbə:

09:00–13:00

Haqqında

Dr. Şəfa Şahbazova, FESC invaziv kardiologiya sahəsində ixtisaslaşmış, ürək-damar xəstəliklərinin diaqnostikası və müalicəsi üzrə geniş klinik təcrübəyə malik mütəxəssisdir. O, müasir invaziv kardioloji prosedurların icrası, ürək çatışmazlığının idarə olunması və kompleks kardioloji xəstəliklərin müalicəsi sahəsində beynəlxalq tibbi standartlara uyğun xidmət göstərir. Hazırda LUX International Hospital-ın Kardiologiya şöbəsinin müdiri kimi fəaliyyət göstərir.

Dr. Şəfa Şahbazova ali tibb təhsilini 2008–2014-cü illərdə Azərbaycan Tibb Universitetində almış, daha sonra 2014–2018-ci illərdə Mərkəzi Klinik Xəstəxanada kardiologiya üzrə rezidentura təhsilini uğurla başa vurmuşdur. Elmi fəaliyyətini davam etdirərək 2022-ci ildən Azərbaycan Tibb Universitetində PhD namizədi kimi fəaliyyət göstərir.

Peşəkar bilik və bacarıqlarını daim inkişaf etdirən həkim 2024–2026-cı illərdə Londonda Ürək Çatışmazlığı Məktəbində (Heart Failure School) ixtisasartırma proqramında iştirak etmiş və 2024-cü ildə Avropa Kardiologiya Cəmiyyətinin Fellow (FESC) statusuna layiq görülmüşdür.

Peşəkar fəaliyyəti ərzində 2014–2025-ci illərdə Mərkəzi Klinik Xəstəxanada invaziv kardioloq kimi çalışmış, 2023-cü ildən “Azerbaijan Journal of Cardiology” jurnalının redaktoru, 2024-cü ildən Azərbaycan Tibb Universitetinin III Daxili xəstəliklər kafedrasında müəllim, 2025-ci ildən isə LUX International Hospitalın Kardiologiya şöbəsinin müdiri vəzifəsində fəaliyyətini davam etdirir.

Dr. Şəfa Şahbazova Avropa Kardiologiya Cəmiyyətinin (ESC) fəal üzvü olmaqla yanaşı, beynəlxalq elmi layihələrdə və tədqiqat proqramlarında iştirak edir. O, ESC Congress, EACVI Congress, Heart Failure Congress, UCCVS Congress, Azerbaijan Society of Cardiology National Congress, International Young Academy of Cardiology E-Congress və digər nüfuzlu beynəlxalq konqreslərdə iştirak etmiş, həmçinin 14th National Congress of Cardiology, 7th Azerbaijan Interventional Cardiology Meeting və Master Course in Heart Failure kimi tədbirlərdə spiker və faculty üzvü kimi çıxış etmişdir. Müasir kardioloji yanaşmaları və elmi fəaliyyətini klinik praktikası ilə birləşdirərək pasiyentlərinə yüksək səviyyəli tibbi xidmət göstərir. Dr. Şəfa Şahbazova tərəfindən göstərilən xidmətlərə koronar angioqrafiya, koronar angioplastika və stent implantasiyası, ekokardioqrafiya (TTE və TEE), ürək çatışmazlığının diaqnostika və müalicəsi, perikardiosentez, daimi kardiostimulyator implantasiyası, sağ ürək kateterizasiyası, həmçinin hər bir pasiyent üçün fərdi müayinə, diaqnostika, müalicə və invaziv müdaxilə planının hazırlanması daxildir.

Pasiyentlərin rəyləri

Qəbul üçün müraciət edin

Tarix seçin