Aytəkin Quliyeva

Trixoloq

Aytəkin Quliyeva
Bazar ertəsi – Cümə:

09:00–17:00

Şənbə:

09:00–13:00

Haqqında

Aytəkin Quliyeva trixologiya sahəsində ixtisaslaşmış, saç və saç dərisi xəstəliklərinin diaqnostikası, müalicəsi və bərpası üzrə geniş beynəlxalq təcrübəyə malik mütəxəssisdir. O, müxtəlif növ saç tökülmələrinin səbəblərinin araşdırılması, alopesiyanın müalicəsi, saç dərisi xəstəliklərinin diaqnostikası və müasir trixoloji yanaşmaların tətbiqi sahəsində peşəkar fəaliyyət göstərir. Müasir elmi metodlardan və beynəlxalq müalicə protokollarından istifadə edərək hər bir pasiyent üçün fərdi müalicə proqramı hazırlayır.

Aytəkin Quliyeva ali təhsilini Bakı Dövlət Universitetinin Biologiya fakültəsində almış, daha sonra Kiyev Dövlət Universitetinin Əczaçılıq fakültəsində təhsilini davam etdirmişdir. Peşəkar bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə NAUTILUS Trixologiya Akademiyasında, Avropa–Asiya Akademiyasında trixologiya üzrə ixtisaslaşmış, həmçinin İstanbul Medikal Park Xəstəxanalarında saç və qaş əkimi üzrə beynəlxalq təlimlərdə iştirak etmişdir. Bundan əlavə, Gələnəksəl Çin Təbabəti və Akupunktur üzrə də xüsusi təhsil alaraq kompleks müalicə yanaşmalarını praktik fəaliyyətində tətbiq edir.

Peşəkar fəaliyyəti ərzində Dr. Aytəkin Quliyeva saç və saç dərisi xəstəliklərinin diaqnostikası və müalicəsi sahəsində beynəlxalq nüfuza malik konqres və elmi tədbirlərdə fəal iştirak etmişdir. O, First Barcelona Hair Meeting, RHRS Trichology Congress, 46th International S.I.Tri Congress, RAEC (Regenerative Aesthetic & Exosome Conference) və World Trichology Conference kimi beynəlxalq tədbirlərdə iştirak edərək trixologiya sahəsində tətbiq olunan ən son elmi yenilikləri və müasir müalicə üsullarını mənimsəmişdir.

Aytəkin Quliyeva peşəkar fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərə görə 2015 və 2018-ci illərdə "İlin mütəxəssisi", 2016-cı ildə "İlin həkimi", 2021-ci ildə isə Golden Palm Awards – "The Best Trichologist of the Year" və "Uluslararası En İyi Trikolog" mükafatlarına layiq görülmüşdür. O, həmçinin Russian Hair Research Society (RHRS), Союз Трихологов (Moskva), Eastern Europe and Asia Hair Research Society (EEAHRS), World Trichology Society (ABŞ) və S.I.T.R.I – İtaliya Trixoloqlar Cəmiyyətinin üzvü olaraq beynəlxalq trixologiya sahəsində aparılan elmi yenilikləri daim izləyir və klinik fəaliyyətində tətbiq edir.

Aytəkin Quliyeva tərəfindən göstərilən xidmətlərə bütün növ saç xəstəliklərinin diaqnostika və müalicəsi, saç tökülməsinin səbəblərinin araşdırılması və müalicəsi, alopesiya (saç tökülməsi) müalicəsi, saç və saç dərisinin trixoloji müayinəsi, saç və qaş əkimi üzrə konsultasiya və müalicə planının hazırlanması, saç dərisi problemlərinin müalicəsi, saçın bərpası və gücləndirilməsi prosedurları, həmçinin hər bir pasiyent üçün fərdi diaqnostika və müalicə proqramının hazırlanması daxildir.

Pasiyentlərin rəyləri

Qəbul üçün müraciət edin

Tarix seçin