Dr. Nəcibə Niftəliyeva

Anestezioloq-Reanimatoloq

Dr. Nəcibə Niftəliyeva
Bazar ertəsi – Cümə:

09:00–17:00

Şənbə:

09:00–13:00

Haqqında

Nəcibə Niftəliyeva 14 ildən artıq peşəkar təcrübəyə malik anestezioloq-reanimatoloqdur. O, 2005–2011-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsində ali tibbi təhsil almış, 2012–2016-cı illərdə isə Ak. M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin nəzdində Uşaq ürək cərrahiyyə mərkəzində anestezioloq-reanimatoloq kimi fəaliyyət göstərmişdir.

Peşəkar fəaliyyəti ərzində Nəcibə Niftəliyeva anesteziologiya, reanimatologiya və intensiv terapiya sahələrində geniş klinik təcrübə qazanmışdır. O, Ankara Atatürk Eğitim ve Araştırma Hastanesi – Anesteziologiya və İntensiv Terapiya şöbəsində, Yüksək İxtisas Eğitim ve Araştırma Hastanesi – Çocuk KVC, Pediatrik Kardio Anesteziologiya və İntensiv Terapiya şöbəsində, Jo Ann Medical Center – Anesteziologiya və İntensiv Terapiya şöbəsində, həmçinin Respublika Diaqnostika Mərkəzi – Bakı Ürək Mərkəzində anestezioloq-reanimatoloq kimi çalışmışdır.

2012-ci ildən etibarən Ak. M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin nəzdində Uşaq ürək cərrahiyyə mərkəzində fəaliyyət göstərən Nəcibə Niftəliyeva xüsusilə pediatrik kardioanesteziologiya, anesteziologiya, reanimatologiya və intensiv terapiya sahələrində peşəkar təcrübəyə malikdir.

Hazırda Nəcibə Niftəliyeva Lux International Hospitalda anestezioloq-reanimatoloq, stasionar və təcili tibbi yardım şöbəsinin müdiri kimi fəaliyyət göstərir. O, pasiyentlərin əməliyyat öncəsi qiymətləndirilməsi, anesteziyanın təhlükəsiz şəkildə tətbiqi, əməliyyat zamanı həyati funksiyaların monitorinqi, əməliyyatdan sonrakı müşahidə, həmçinin ağır vəziyyətdə olan pasiyentlərə reanimasion və intensiv tibbi yardımın göstərilməsi istiqamətində fəaliyyət göstərir.

Nəcibə Niftəliyevanın peşəkar bacarıqlarına anesteziologiya, kardioanesteziologiya, reanimatologiya, ürək exokardioqrafiyası, peritoneal dializ, fitoterapiya, akupunktura və biorequlyasiya sistemik təbabət istiqamətləri daxildir. O, həmçinin müxtəlif beynəlxalq konqres, seminar və ixtisasartırma proqramlarında iştirak edərək pediatrik reanimasiya və təcili pediatrik yardım, anadangəlmə ürək xəstəlikləri, ürək çatışmazlığı və aritmiyalar, orqan və toxuma transplantasiyasında beyin ölümü, cərrahiyyə və intensiv terapiyada qidalanma yardımı və digər tibbi istiqamətlər üzrə biliklərini təkmilləşdirmişdir.

Nəcibə Niftəliyeva American Heart Association-ın BLS standartları və rəhbər prinsipləri üzrə sertifikata, eləcə də müxtəlif beynəlxalq tibbi konqres və təlimlərdə iştirakına dair sertifikatlara malikdir. O, tibbi biliklərini daim yeniləyərək müasir anestezioloji və reanimatoloji yanaşmaları klinik praktikada tətbiq edir. Azərbaycan və türk dilləri ilə yanaşı rus və ingilis dillərində peşəkar ünsiyyət bacarıqlarına, həmçinin alman dili üzrə məhdud işgüzar biliklərə malikdir.

Dr. Nəcibə Niftəliyeva tərəfindən göstərilən xidmətlərə ümumi və regional anesteziyanın tətbiqi, əməliyyat öncəsi anestezioloji qiymətləndirmə, əməliyyat zamanı pasiyentin həyati göstəricilərinin monitorinqi və idarə olunması, kardioanesteziologiya, pediatrik anesteziologiya və reanimatologiya, reanimasion və intensiv terapiya, təcili tibbi yardım, ürək exokardioqrafiyası, peritoneal dializ, ağır vəziyyətdə olan pasiyentlərə intensiv tibbi yardımın göstərilməsi, həmçinin pasiyentin vəziyyətinə uyğun fərdi anesteziya və müalicə planının hazırlanması daxildir.

Pasiyentlərin rəyləri

Qəbul üçün müraciət edin

Tarix seçin