Dr. Afət Cabbarova
Cərrah-Mammoloq

09:00–17:00
09:00–13:00
Haqqında
Dr. Afət Cabbarova onkologiya və mammologiya sahəsində ixtisaslaşmış, süd vəzi xəstəliklərinin diaqnostikası və cərrahi müalicəsi üzrə geniş təcrübəyə malik həkim-mammoloqdur. O, süd vəzi xəstəliklərinin erkən aşkarlanması, xoşxassəli və bədxassəli şişlərin diaqnostikası, cərrahi müalicəsi və pasiyentlərin kompleks idarə olunması sahəsində müasir tibbi yanaşmaları uğurla tətbiq edir. Hər bir pasiyentə fərdi yanaşma prinsipi ilə xidmət göstərərək müalicə prosesini beynəlxalq tibbi protokollara uyğun şəkildə həyata keçirir.
Dr. Afət Cabbarova ali tibb təhsilini Azərbaycan Tibb Universitetində fərqlənmə diplomu ilə başa vurmuşdur. Daha sonra 2007–2009-cu illərdə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında klinik ordinatura keçmiş, elmi fəaliyyətini davam etdirərək 2016-cı ildə Onkologiya üzrə Tibb üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsinə layiq görülmüşdür.
2011–2024-cü illərdə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasında müəllim kimi fəaliyyət göstərərək gələcək həkimlərin hazırlanmasına öz töhfəsini vermişdir.
Peşəkar fəaliyyəti dövründə Dr. Afət Cabbarova süd vəzi xəstəliklərinin diaqnostikası və müalicəsi sahəsində beynəlxalq bilik və təcrübəsini davamlı olaraq inkişaf etdirmişdir. O, BreastGlobal Conference, International Masterclass on Breast Cancer, BREASTANBUL, Milan Breast Meeting, Beynəlxalq Süd Vəzi Konqresi, MAYDAY Breast Cancer Meeting və digər nüfuzlu beynəlxalq elmi konfrans və təlim proqramlarında iştirak edərək süd vəzi xəstəliklərinin diaqnostikası və müalicəsində tətbiq olunan ən son yenilikləri praktik fəaliyyətinə inteqrasiya etmişdir.
Hazırda Dr. Afət Cabbarova müasir diaqnostik avadanlıqlardan və beynəlxalq müalicə standartlarından istifadə edərək süd vəzi xəstəliklərinin erkən aşkarlanması, dəqiq diaqnostikası və effektiv cərrahi müalicəsini həyata keçirir. O, hər bir pasiyent üçün fərdi yanaşma əsasında kompleks müalicə planı hazırlayaraq xəstələrin sağlamlığının qorunmasına və həyat keyfiyyətinin yüksəldilməsinə xüsusi önəm verir.
Dr. Afət Cabbarova tərəfindən göstərilən xidmətlərə süd vəzi xəstəliklərinin diaqnostika və müalicəsi, süd vəzi xərçənginin erkən diaqnostikası, süd vəzi şişlərinin müayinəsi və müalicəsi, süd vəzinin ultrasəs (USM) və klinik müayinəsi, süd vəzi biopsiyası və digər diaqnostik prosedurlar, süd vəzi xərçənginin cərrahi müalicəsi, həmçinin hər bir pasiyent üçün fərdi konsultasiya, müalicə və əməliyyat planının hazırlanması daxildir.