Dr Şəhla Xarxiyeva

Stomatoloq

Dr Şəhla Xarxiyeva
Bazar ertəsi – Cümə:

09:00–17:00

Şənbə:

09:00–13:00

Haqqında

Şəhla Xarxiyeva Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsini 2013-cü ildə bitirib. Peşəkar fəaliyyətinə 2014-cü ildə Göyçay Mərkəzi Rayon Xəstəxanasında həkim-stomatoloq kimi başlayıb və burada 2016-cı ilə qədər fəaliyyət göstərib. 2016–2023-cü illərdə Gədəbəy Mərkəzi Rayon Xəstəxanasında həkim-stomatoloq kimi çalışıb. 2023-cü ildən etibarən isə Swissdent klinikasında həkim-ortodont kimi fəaliyyət göstərir.

Peşəkar fəaliyyəti ilə yanaşı, Şəhla Xarxiyeva ortodontiya sahəsində bilik və bacarıqlarını davamlı şəkildə inkişaf etdirərək müxtəlif yerli və beynəlxalq seminar, kurs və konqreslərdə iştirak edib. 2019-cu ildə Azərbaycan Peşəkar Ortodontlar Cəmiyyətinin sədri, ATU-nun Stomatologiya kafedrasının professoru, t.e.d. Ziba Qasımovanın “Ortodontiyanın Əsasları” kursunda, 2020-ci ildə “Ortodontiyada biomexanika” kursunda və Dr. Peter Czikl, DDS, MSc tərəfindən keçirilən “Aesthetic Orthodontics With Pitts Protocol” seminarında iştirak edib. Həmçinin 2020-ci ildə Rusiyanın əməkdar həkimi, professor t.e.d. Olga Arseninanın “14 основных шагов при планировании клинических случаев лечения с помощью системы Tom Pitts” mövzusunda vebinarında iştirak edib

2023-cü ildə “Double Check Akademinin – Elaynerlərlə Müalicə”, “Ortodontiyada çıxmayan ortodontik aparatlarla müalicə üsulları”, “Dental Köməkli Rəqəmsal Diaqnostika” kurslarında və 2nd Medical Dental Esthetic Congress-də iştirak edib. Eyni zamanda Dr. Patricia Vergara tərəfindən keçirilən “Ortodontiya Baza Kursu”nda iştirak edərək müasir ortodontik müalicə yanaşmaları üzrə biliklərini genişləndirib.

Şəhla Xarxiyeva Azərbaycan Peşəkar Ortodontlar Cəmiyyətinin (APOC) üzvüdür.

Şəhla Xarxiyeva tərəfindən göstərilən xidmətlərə ortodontik problemlərin diaqnostikası və müalicəsi, diş və çənə quruluşundakı pozuntuların qiymətləndirilməsi, uşaqlarda və böyüklərdə ortodontik müalicə, sabit və çıxmayan ortodontik aparatlarla müalicə, şəffaf kappa (elayner) vasitəsilə ortodontik müalicə, estetik ortodontik müalicə, rəqəmsal ortodontik diaqnostika və hər bir pasiyent üçün fərdi müalicə planının hazırlanması daxildir.

Pasiyentlərin rəyləri

Qəbul üçün müraciət edin

Tarix seçin