Dr. Samirə Hüseynova

Cərrah mama-ginekoloq

Dr. Samirə Hüseynova
Bazar ertəsi – Cümə:

09:00–17:00

Şənbə:

09:00–13:00

Haqqında

Dr. Samirə Hüseynova cərrah mama-ginekoloqdur və mama-ginekologiya, reproduktiv sağlamlıq və ginekoloji cərrahiyyə sahələrində uzunillik peşəkar təcrübəyə malikdir. 2000–2006-cı illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil almış, qəbul zamanı 685 balla yüksək nəticə göstərərək universitetə daxil olmuş, qrup birincisi olaraq fərqlənmə diplomu ilə məzun olmuşdur. 2006–2008-ci illərdə Sankt-Peterburq Tibb Akademiyasının (MAPO) Reproduktiv Sağlamlıq kafedrasında mama-ginekologiya üzrə klinik ordinatura keçmişdir. 2007–2008-ci illərdə D.O. Ott adına Elmi-Tədqiqat İnstitutunda endokrin ginekologiya üzrə ixtisasartırma kursunda iştirak etmiş, 2016-cı ildə Türkiyədə Florence Nightingale Xəstəxanasında mama-ginekoloji təkmilləşdirmə proqramını tamamlamışdır.

Peşəkar fəaliyyətinə 2008-ci ildə Nəsirəddin Tusi adına Klinikada mama-ginekoloq kimi başlamış, 2011-ci ilə qədər burada fəaliyyət göstərmişdir. 2012–2013-cü illərdə Sağlam Ailə Tibb Mərkəzində, 2016–2018-ci illərdə Grand Hospitalda, 2018–2024-cü illərdə isə Medistyle Hospitalda mama-ginekoloq kimi çalışmışdır. 2024-cü ildən etibarən Lux International Hospitalda cərrah mama-ginekoloq kimi fəaliyyət göstərir. Dr. Samirə Hüseynova reproduktiv sağlamlıq və ginekologiya sahəsində biliklərini davamlı olaraq inkişaf etdirərək müxtəlif yerli və beynəlxalq konqres, kurs və elmi-praktik tədbirlərdə iştirak etmişdir. 2017-ci ildə MİPS – qadınlarda çanaq dibi pozulmalarının diaqnostikası və müalicəsi kursunda, 2018-ci ildə “Ana və dölün sağlamlığına müasir yanaşma” konfransında və International Symposium on Reproductive Health and Infertility tədbirində iştirak etmişdir. 2019-cu ildə ginekologiya və perinatologiyada müasir müayinə və müalicə metodları üzrə tədbirdə, II International Symposium on Reproductive Health and Infertility və Uşaqlıq boynu patologiyalarının müalicəsinə müasir yanaşma – Beynəlxalq Onkoginekologiya Konfransında iştirak etmişdir. 2020-ci ildə sübutedici təbabət baxımından erkən toksikozun müalicəsinə müasir yanaşmalar mövzusunda, 2021-ci ildə isə “Üreme Sağlığı və İnfertilite Konqresi – TSRM 2021”də iştirak etmişdir. 2022-ci ildə Avropa-Asiya Mama-Ginekoloqlar Dərnəyinin I Konqresində, həmçinin genital estetik cərrahiyyə və qadın cinsi disfunksiyası üzrə kursda iştirak etmiş, 2023-cü ildə kolposkopiya kursunu keçmişdir. 2024-cü ildə minimal invaziv cərrahiyyə və süni mayalanmanın incəlikləri üzrə konfransda, 2025-ci ildə “Mama-ginekologiyada çətin məsələlərin asan həlli” elmi-praktik konfransında, 2026-cı ildə isə “Reproduktiv sağlamlıqdan neyrogenetikaya” konfransında iştirak etmişdir.

Dr. Samirə Hüseynovanın əsas fəaliyyət istiqamətlərinə sonsuzluğun diaqnostikası və müalicəsi, hamiləliyin izlənilməsi, təbii doğuşun aparılması, qeysəriyyə əməliyyatı, ginekoloji cərrahi müdaxilələr, reproduktiv sağlamlıq, mama-ginekoloji xəstəliklərin diaqnostikası və müalicəsi daxildir. Müasir tibbi yanaşmaları və uzunillik klinik təcrübəsini birləşdirərək hər bir pasiyentin fərdi xüsusiyyətlərini nəzərə almaqla müayinə, müalicə və cərrahi müdaxilə planının hazırlanmasına xüsusi diqqət yetirir.

Pasiyentlərin rəyləri

Qəbul üçün müraciət edin

Tarix seçin