Dr. Yazgül Salmanova

Qastronteroloq-Hepatoloq

Dr. Yazgül Salmanova
Bazar ertəsi – Cümə:

09:00–17:00

Şənbə:

09:00–13:00

Haqqında

Dr. Yazgül Salmanova qastroenteroloq, hepatoloq və endoskopistdir. 2006–2012-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil almışdır. 2012–2016-cı illərdə Mərkəzi Kliniki Xəstəxanada həkim-rezident kimi ixtisaslaşmış, 2015–2017-ci illərdə isə Bursa Uludağ Tıp Universitetində peşəkar bilik və bacarıqlarını inkişaf etdirmişdir. Peşəkar fəaliyyətinə 2017-ci ildə Caspian International Hospitalda həkim-qastroenteroloq kimi başlamış, 2018-ci ildə Bakı Sağlamlıq Mərkəzində fəaliyyətini davam etdirmişdir. 2019–2024-cü illərdə Avrasiya Hospitalda həkim-qastroenteroloq kimi çalışmış, 2024-cü ildən etibarən isə Lux International Hospitalda qastroenteroloq, hepatoloq və endoskopist kimi fəaliyyət göstərir. Uzunillik peşəkar fəaliyyəti ərzində həzm sistemi və qaraciyər xəstəliklərinin diaqnostikası və müalicəsi, eləcə də müasir endoskopik prosedurların icrası sahəsində zəngin klinik təcrübə qazanmışdır.

Dr. Yazgül Salmanova qaraciyər xəstəlikləri, virus hepatitləri (A, B, C), NASH və NAFLD, qaraciyər yağlanması, qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri, nazik və yoğun bağırsaq xəstəlikləri, iltihabi bağırsaq xəstəlikləri, qəbizlik və diareya, mədəaltı vəzi, öd kisəsi və öd yolları xəstəliklərinin diaqnostikası və müalicəsi ilə məşğul olur. Hər bir pasiyentin klinik vəziyyətini fərdi şəkildə qiymətləndirərək müasir tibbi yanaşmalar əsasında uyğun müayinə və müalicə planı müəyyənləşdirir.

Dr. Yazgül Salmanova tərəfindən icra edilən endoskopik prosedurlara ezofaqoqastroduodenoskopiya (EГDS), kolonoskopiya, rektoskopiya, yad cisimlərin endoskopik yolla çıxarılması, polipektomiya, endoskopik mukozal rezeksiya (EMR), perkutan endoskopik qastrostomiya (PEG) və varikoz venalara band ligasiyası daxildir.

Pasiyentlərin rəyləri

Qəbul üçün müraciət edin

Tarix seçin