Dr. Nailə Mustafayeva

Nevroloq

Dr. Nailə Mustafayeva
Bazar ertəsi – Cümə:

09:00–17:00

Şənbə:

09:00–13:00

Haqqında

Dr. Nailə Mustafayeva nevroloq, EMQ və EEQ üzrə mütəxəssisdir. 2003-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirdikdən sonra 2003–2004-cü illərdə Akademik M. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında internatura keçərək nevrologiya sahəsində peşəkar fəaliyyətinə başlamışdır. Fəaliyyətinin ilk mərhələsində Fövqəladə Hallar Nazirliyinin Poliklinikasında həkim-nevroloq kimi çalışmışdır. Peşəkar bilik və bacarıqlarını daha da inkişaf etdirmək məqsədilə 2018-ci ilin iyun–dekabr aylarında İstanbul Universiteti-Cərrahpaşa Xəstəxanasının Nevrologiya şöbəsində kvalifikasiyaartırma proqramında iştirak etmişdir. Bu təcrübə ona müasir nevroloji diaqnostika və müalicə yanaşmaları üzrə biliklərini təkmilləşdirməyə imkan vermişdir. 2019-cu ildən Avrasiya Xəstəxanasının Nevrologiya şöbəsində həkim-nevroloq kimi fəaliyyət göstərmiş, 2024-cü ilin yanvar ayından etibarən isə Lux International Hospitalda həkim-nevroloq kimi fəaliyyətini davam etdirir.

Dr. Nailə Mustafayeva nevroloji xəstəliklərin diaqnostikası və müalicəsində müasir tibbi yanaşmalardan istifadə edir. O, xüsusilə elektromioqrafiya (EMQ) və elektroensefaloqrafiya (EEQ) müayinələrinin aparılması və nəticələrinin qiymətləndirilməsi üzrə ixtisaslaşmışdır. Bu müayinələr sinir və əzələ sisteminin funksional vəziyyətinin, periferik sinir zədələnmələrinin və beyin bioelektrik fəaliyyətindəki dəyişikliklərin qiymətləndirilməsində mühüm əhəmiyyət daşıyır.

Dr. Nailə Mustafayeva tərəfindən göstərilən xidmətlərə nevroloji müayinə və konsultasiya, EMQ və EEQ müayinələrinin aparılması və qiymətləndirilməsi, periferik sinir sistemi xəstəliklərinin, sinir-əzələ patologiyalarının, baş ağrıları və digər nevroloji pozuntuların diaqnostikası və müalicəsi, həmçinin hər bir pasiyent üçün fərdi müayinə və müalicə planının hazırlanması daxildir.

Pasiyentlərin rəyləri

Qəbul üçün müraciət edin

Tarix seçin