Dr.Nərgiz Həsənova
Ümumi Cərrah

09:00–17:00
09:00–13:00
Haqqında
Dr. Nərgiz Teymur qızı Həsənova ümumi cərrahiyyə və onkologiya sahəsində uzunillik peşəkar təcrübəyə malik həkimdir. 1998–2004-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil almışdır. 2004–2005-ci illərdə Bakı Şəhər Onkoloji Dispanserində həkim-interna kimi fəaliyyət göstərmiş, 2005–2007-ci illərdə Azərbaycan Tibb Universitetinin Ümumi Cərrahiyyə kafedrasında klinik ordinatura kursunu keçmişdir. 2014–2017-ci illərdə ATU-nun Onkologiya kafedrasında doktorantura təhsili almışdır.
Peşəkar fəaliyyəti və elmi inkişafı ərzində müxtəlif yerli və beynəlxalq təlim, kurs və simpoziumlarda iştirak edərək müasir cərrahiyyə və onkologiya sahəsində biliklərini davamlı şəkildə inkişaf etdirmişdir. 2007-ci ildə Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Milli Onkoloji Mərkəz tərəfindən təşkil olunan “Uşaqlarda onkohematoloji yardımın təşkili” proqramında iştirak etmişdir. 2009-cu ildə Türkiyənin İstanbul şəhərində Acıbadem Universitetində “Qamma bıçağı ilə müalicə” üzrə təlim keçmiş, 2015-ci ildə isə ABŞ-ın Rusiyadakı nümayəndəsi “Ellman LTD” tərəfindən təşkil olunan “Surgitronla radiocərrahiyyə” kursunda iştirak etmişdir. 2014–2017-ci illərdə ATU-nun Onkologiya kafedrasında “Hodçkin və Qeyri-Hodçkin limfomalarının kimyəvi dərman müalicəsi zamanı müşahidə edilən anemiyaların molekulyar mexanizmləri” mövzusunda elmi-tədqiqat işi aparmışdır. 2019-cu ildə Yaponiyanın Fukuoka şəhərində Japan Bio Products tərəfindən təşkil olunan “İnsan ciftinin hidrolizatının tibbdə tətbiqi” kursunda, həmçinin Azərbaycan Respublikası Hərbi Cərrahlar İctimai Birliyi və Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalı tərəfindən keçirilən “Hərbi səhra döyüş travması” simpoziumu və “Travma” kursunda iştirak etmişdir. 2021-ci ildə “Xroniki ağrıların müalicəsində müasir yanaşmalar. Kök hüceyrənin tətbiqində effektiv yeniliklər” mövzusunda təlimdə, 2023-cü ildə Türkiyənin İstanbul şəhərində The International Society for Stem Cell Application (ISSCA) tərəfindən təşkil olunan “Kök hüceyrələrin klinik tətbiqi” kursunda iştirak etmişdir. 2025-ci ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Ümumi Cərrahiyyə kafedrasında “Mədə və 12 barmaq bağırsağın, dalağın cərrahi xəstəlikləri. Yırtıqlar” kursunu keçmişdir.
Dr. Nərgiz Həsənovanın peşəkar və elmi fəaliyyət istiqamətlərinə ümumi cərrahiyyə, onkoloji xəstəliklər, cərrahi xəstəliklərin diaqnostikası və müalicəsi, mədə və onikibarmaq bağırsağın, dalağın cərrahi xəstəlikləri, yırtıqlar, travma və müasir cərrahi müalicə üsulları daxildir. Onun çoxillik klinik və elmi təcrübəsi müasir tibbi yanaşmaları tətbiq etməsinə və pasiyentlərə fərdi yanaşma əsasında tibbi xidmət göstərməsinə imkan verir.