Dr. Günel Əliyeva
Radioloq Həkim

09:00–17:00
09:00–13:00
Haqqında
Dr. Günel Əliyeva radiologiya və onkoloji diaqnostika sahəsində ixtisaslaşmış, uzunillik təcrübəyə malik radioloq həkimdir. O, xüsusilə süd vəzi xəstəliklərinin şüa diaqnostikası üzrə multimodal mütəxəssis kimi mammoqrafiya, ultrasəs (USM) və digər müasir radioloji müayinə üsullarından istifadə edərək erkən diaqnostika və dəqiq qiymətləndirmə sahəsində peşəkar fəaliyyət göstərir. Müasir görüntüləmə texnologiyalarını və beynəlxalq diaqnostik protokolları tətbiq etməklə pasiyentlərə yüksək keyfiyyətli tibbi xidmət təqdim edir. Dr. Günel Əliyeva ali tibb təhsilini Azərbaycan Tibb Universitetində həkim-onkoloq ixtisası üzrə fərqlənmə diplomu ilə başa vurmuşdur. Daha sonra peşəkar fəaliyyətini Rusiyada davam etdirərək N. N. Bloxin adına Rusiya Onkologiya Elmi Mərkəzində rentgenologiya üzrə klinik ordinatura keçmiş, ultrasəs diaqnostikası üzrə ixtisaslaşmışdır. Elmi fəaliyyətini uğurla davam etdirərək 2019-cu ildə N. N. Bloxin adına Rusiya Milli Tibbi Onkoloji Tədqiqat Mərkəzinin nəzdində fəaliyyət göstərən Kliniki və Eksperimental Radiologiya Milli Tədqiqat İnstitutunda süd vəzinin palpasiya olunmayan törəmələrinin kompleks şüa diaqnostikası mövzusunda dissertasiya müdafiə etmişdir.
Peşəkar fəaliyyəti ərzində müxtəlif tibb müəssisələrində radiologiya və şüa diaqnostikası sahəsində çalışaraq geniş klinik təcrübə qazanmışdır. 2023-cü ildən etibarən Azərbaycan Tibb Universitetinin Radiologiya kafedrasında assistent vəzifəsində fəaliyyət göstərir. O, süd vəzi xəstəliklərinin erkən diaqnostikası, onkoloji patologiyaların görüntüləmə üsulları ilə qiymətləndirilməsi və müasir radioloji metodların tətbiqi sahəsində elmi və praktik fəaliyyətini uğurla davam etdirir. Dr. Günel Əliyeva peşəkar inkişafına xüsusi önəm verərək Münhen İzar Klinikasında mammoqrafiya üzrə təkmilləşmə kursu, Rusiya Rentgenoloqlar və Radioloqlar Cəmiyyətinin konqresləri, "Reproduktiv orqanların onkologiyası", "Radiologiya: Tibbin görən gözü", "Onkoradiologiya: şüa diaqnostikası və terapiyası", "Süd vəzi xəstəliklərində şüa-diaqnostika", "Süd vəzi xərçəngi müalicəsində sübutlu təbabətin və multidisiplinar əməkdaşlığın inkişafı" və "Süd vəzi xəstəliklərinə multidisiplinar yanaşma" mövzularında keçirilən beynəlxalq konfrans və elmi tədbirlərdə iştirak etmişdir. O, əldə etdiyi müasir bilik və təcrübəni gündəlik klinik fəaliyyətində tətbiq edərək pasiyentlərə yüksək səviyyəli radioloji xidmət göstərir.
Dr. Günel Əliyeva tərəfindən göstərilən xidmətlərə süd vəzi xəstəliklərinin radioloji diaqnostikası, mammoqrafiya müayinəsi, süd vəzi ultrasəs (USM) müayinəsi, süd vəzisində törəmələrin erkən aşkarlanması, invaziv və qeyri-invaziv radioloji müayinələr, onkoloji xəstəliklərin şüa diaqnostikası, kompleks radioloji müayinə və diaqnostika, həmçinin hər bir pasiyent üçün fərdi radioloji qiymətləndirmə və diaqnostik planın hazırlanması daxildir.