Dr.Heyran Şirinova

Oftalmoloq Cərrah

Dr.Heyran Şirinova
Bazar ertəsi – Cümə:

09:00–17:00

Şənbə:

09:00–13:00

Haqqında

Dr. Heyran Şirinova 26 illik peşəkar həkimlik təcrübəsinə malik oftalmoloqdur. O, 1994-cü ildə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra 1995-ci ildə Z. Əliyeva adına Göz Xəstəlikləri İnstitutunda ixtisaslaşmışdır. 2000–2007-ci illərdə Neftçilər Xəstəxanasında fəaliyyət göstərmişdir. Peşəkar fəaliyyəti ərzində oftalmologiya sahəsində bilik və təcrübəsini daha da inkişaf etdirmək məqsədilə müxtəlif beynəlxalq tibb müəssisələrində təcrübə keçmişdir. 2004-cü ildə Türkiyənin İstanbul şəhərində Beyoğlu Göz Xəstəxanasında, 2006-cı ildə Ankarada Hacettepe Xəstəxanasında, 2003-cü ildə Rusiyanın Ufa şəhərində Göz Xəstəlikləri İnstitutunda, 2015-ci ildə isə Hindistanda Arasan Eye Hospitalda peşəkar təcrübə qazanmışdır.

Dr. Heyran Şirinova uzunillik peşəkar fəaliyyəti ərzində Türkiyə, Almaniya – Berlin, Honq-Konq, Portuqaliya – Lissabon, Abu-Dabi, Dubai və Fransa – Parisdə keçirilən beynəlxalq konfranslarda iştirak etmişdir. Həm dövlət, həm də özəl tibb müəssisələrində çalışaraq zəngin klinik təcrübə əldə etmişdir. Onun peşəkar fəaliyyətinin əsas prinsiplərindən biri tibbin daim inkişaf etdiyini nəzərə alaraq müasir tibbi bilikləri davamlı şəkildə öyrənmək və tətbiq etməkdir. Bu yanaşma ona pasiyentlərin göz sağlamlığının qorunması və görmə problemlərinin müasir üsullarla müalicəsində yüksək peşəkarlıq nümayiş etdirməyə imkan verir.

Dr. Heyran Şirinovanın fəaliyyət istiqamətlərinə göz xəstəliklərinin müasir diaqnostikası və müalicəsi, refraktiv qüsurların eksimer lazer vasitəsilə korreksiyası, kataraktanın (mirvari suyu) cərrahi müalicəsi, blefaroplastika, pterigium və xalazionun müalicəsi, göz patologiyalarının — ektropion, entropion və ptozun müalicəsi, həmçinin ikincili kataraktanın YAG lazer vasitəsilə müalicəsi daxildir. O, hər bir pasiyentin fərdi xüsusiyyətlərini nəzərə alaraq müayinə, müalicə və cərrahi müdaxilə planının müəyyənləşdirilməsinə xüsusi diqqət yetirir.

Pasiyentlərin rəyləri

Qəbul üçün müraciət edin

Tarix seçin