Dr. Günel Abdulova

Oftalmoloq Cərrah

Dr. Günel Abdulova
Bazar ertəsi – Cümə:

09:00–17:00

Şənbə:

09:00–13:00

Haqqında

Dr. Günel Abdulova cərrah-oftalmoloqdur. 1992–2003-cü illərdə 143 nömrəli məktəbdə təhsil aldıqdan sonra 2003-cü ildə Azərbaycan Tibb Universitetinə daxil olmuş və 2009-cu ildə ali tibb təhsilini başa vurmuşdur. 2009–2010-cu illərdə Respublika Klinik Xəstəxanasında internatura keçərək oftalmologiya sahəsində peşəkar fəaliyyətinə başlamışdır. Peşəkar fəaliyyəti ərzində Dr. Günel Abdulova müxtəlif tibb müəssisələrində çalışaraq zəngin klinik təcrübə qazanmışdır. 2013–2015-ci illərdə Medistyle Hospitalda, 2015–2023-cü illərdə Avrasiya Hospitalda oftalmoloq kimi fəaliyyət göstərmiş, 2023-cü ildən etibarən isə Lux International Hospitalda həkim-oftalmoloq kimi çalışır. O, həm uşaqlarda, həm də böyüklərdə göz müayinəsi və cərrahi əməliyyatların icrası, şəkərli diabetdən əziyyət çəkən pasiyentlərdə göz dibinin müayinəsi və müalicəsi, eləcə də müxtəlif göz xəstəliklərinin diaqnostikası və müalicəsi sahəsində fəaliyyət göstərir.

Dr. Günel Abdulova peşəkar biliklərini daim inkişaf etdirərək Azərbaycan və beynəlxalq səviyyədə keçirilən müxtəlif konfrans və təlimlərdə iştirak etmişdir. 2014-cü ildə TCOD – Azərbaycan Beynəlxalq Tibbi Retina Kursunda, 2018-ci ildə TOD 52-ci, 2019-cu ildə TOD 53-cü və 2022-ci ildə TOD 56-cı Ulusal Konqreslərində iştirak etmişdir. Həmçinin 2022-ci ildə Milanda keçirilən 40th ESCRS Congress, 2023-cü ildə Vyanada keçirilən 41st ESCRS Congress, 2024-cü ildə Barselonada keçirilən 42nd ESCRS Congress və Böyük Britaniyada keçirilən 34th International Congress on Vision Science and Eye tədbirində iştirak etmişdir. 2024-cü ildə Erciyes Universiteti Tibb Fakültəsində çalışma ilə bağlı sertifikat əldə etmişdir.

Dr. Günel Abdulovanın əsas fəaliyyət istiqamətlərinə retina xəstəlikləri, qlaukoma, LASIK və digər refraktiv müalicələr, oculoplastika, katarakta, çəplik (strabismus), blefaroplastika, xalazion və pterigium əməliyyatları, həmçinin göz xəstəliklərinin müasir üsullarla diaqnostikası və müalicəsi daxildir. Hər bir pasiyentin fərdi xüsusiyyətlərini nəzərə alaraq müayinə və müalicə prosesinə fərdi yanaşma prinsipi ilə xidmət göstərir.

Pasiyentlərin rəyləri

Qəbul üçün müraciət edin

Tarix seçin