Dr. Habil Qafarov

Bariatrik Cərrah

Dr. Habil Qafarov
Bazar ertəsi – Cümə:

09:00–17:00

Şənbə:

09:00–13:00

Haqqında

Dr. Habil Qafarov bariatrik və metabolik cərrahiyyə sahəsində ixtisaslaşmış, yüksək peşəkarlığı və beynəlxalq təcrübəsi ilə seçilən ümumi cərrahdır. O, ali tibb təhsilini Azərbaycan Tibb Universitetində almış, daha sonra cərrahiyyə üzrə internatura və ordinatura təhsilini Rusiyanın Akademik İ. P. Pavlov adına Ryazan Dövlət Tibb Universitetində başa vurmuşdur. Elmi fəaliyyətini Kursk Dövlət Tibb Universitetində davam etdirərək aspirantura təhsilini tamamlamış və Tibb üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsinə layiq görülmüşdür. Peşəkar fəaliyyətini davamlı olaraq beynəlxalq təcrübə ilə zənginləşdirən Dr. Habil Qafarov bariatrik cərrahiyyə sahəsində Fransanın Strasburq şəhərində ixtisasartırma təhsili almışdır. Müasir laparoskopik cərrahiyyə üsullarını və beynəlxalq tibbi protokolları tətbiq edərək piylənmənin (obezitenin) cərrahi müalicəsi sahəsində uğurla fəaliyyət göstərir.

Hazırda LUX International Hospital-da fəaliyyət göstərən Dr. Habil Qafarov ölkəmizlə yanaşı Özbəkistan, Qazaxıstan və Qırğızıstanda da bariatrik əməliyyatlar icra edərək beynəlxalq tibbi təcrübəyə malik mütəxəssis kimi tanınır. O, hər bir pasiyentə fərdi yanaşma prinsipi ilə müasir tibbi standartlara uyğun diaqnostika, cərrahi müalicə və əməliyyatdan sonrakı müşahidə xidməti göstərərək sağlam və uzunmüddətli nəticələrin əldə olunmasına xüsusi önəm verir.

Dr. Habil Qafarov tərəfindən göstərilən xidmətlərə mədəkiçiltmə (Sleeve Gastrectomy), Gastrik Bypass və Mini Gastrik Bypass əməliyyatları, piylənmənin (obezitenin) cərrahi müalicəsi, diafraqmal yırtığın laparoskopik əməliyyatı, öd kisəsi və öd yolları xəstəliklərinin cərrahi müalicəsi, qarın boşluğu orqanlarının laparoskopik və açıq üsulla cərrahi əməliyyatları, həmçinin hər bir pasiyent üçün fərdi müayinə, əməliyyata hazırlıq, müalicə və əməliyyatdan sonrakı nəzarət planının hazırlanması daxildir.(göstərilən xidmətlər orda göy zolağın içində olcaq hamsında)

Pasiyentlərin rəyləri

Qəbul üçün müraciət edin

Tarix seçin