Dr. Aygül Quliyeva
Stomatoloq

09:00–17:00
09:00–13:00
Haqqında
Dr. Aygül Quliyeva stomatologiya sahəsində uzunillik peşəkar təcrübəyə malik həkim-stomatoloqdur. O, ağız və diş sağlamlığının qorunması, müasir stomatoloji xəstəliklərin diaqnostikası və müalicəsi, eləcə də estetik və funksional stomatoloji prosedurların icrası sahəsində ixtisaslaşmışdır. Müasir stomatoloji yanaşmalardan istifadə edərək hər bir pasiyent üçün fərdi müalicə planı hazırlayır və sağlam, estetik təbəssümün bərpasına yönəlmiş kompleks tibbi xidmət göstərir. Dr. Aygül Quliyeva ali təhsilini 2005–2010-cu illərdə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsində almış, 2011-ci ildə internatura təhsilini uğurla başa vuraraq stomatoloq kimi peşəkar fəaliyyətə başlamışdır. O, peşəkar inkişafını daim davam etdirərək stomatologiya sahəsində tətbiq olunan ən müasir texnologiya və müalicə metodlarını klinik praktikasında uğurla tətbiq edir.
eşəkar fəaliyyəti ərzində Dr. Aygül Quliyeva beynəlxalq təcrübəsini artırmaq məqsədilə 2015-ci ildə Türkiyənin Acıbadem Maslak Xəstəxanasında estetik stomatologiya üzrə staj proqramında, 2024-cü ildə isə Ege Universitetində anatomiya və baş-boyun nahiyəsinin kadavra disseksiyası üzrə beynəlxalq kursda iştirak etmişdir. Bundan əlavə, müxtəlif beynəlxalq kurs, seminar və elmi konfranslarda iştirak edərək implantologiya, ortopedik və estetik stomatologiya sahələrində bilik və bacarıqlarını davamlı şəkildə təkmilləşdirmişdir. Dr. Aygül Quliyeva hər bir pasiyentə fərdi yanaşma prinsipi əsasında müasir diaqnostik və müalicə metodlarından istifadə edərək ağız və diş sağlamlığının uzunmüddətli qorunmasına, eləcə də funksional və estetik nəticələrin əldə olunmasına xüsusi önəm verir.
Dr. Aygül Quliyeva tərəfindən göstərilən xidmətlərə implantoloji müalicə, ortopedik stomatologiya, ortodontik müalicə, terapevtik stomatologiya, ağız boşluğu və dişlərin kompleks müayinəsi, müasir stomatoloji xəstəliklərin diaqnostikası və müalicəsi, həmçinin hər bir pasiyent üçün fərdi müalicə və reabilitasiya planının hazırlanması daxildir.