Dr.Rəşadət Qurbanov

Oftalmoloq Cərrah

Dr.Rəşadət Qurbanov
Bazar ertəsi – Cümə:

09:00–17:00

Şənbə:

09:00–13:00

Haqqında

Dr. Rəşadət Qurbanov 23 ildən artıq peşəkar təcrübəyə malik cərrah-oftalmoloqdur. O, 2001-ci ildə Azərbaycan Tibb Universitetini müvəffəqiyyətlə bitirdikdən sonra ixtisasını daha da inkişaf etdirmək məqsədilə Rusiya Federasiyasına yollanmışdır.

Peşəkar fəaliyyətini Moskva şəhərində dünya oftalmologiyasının aparıcı tibb müəssisələrindən biri olan Akademik S. N. Fyodorov adına “Gözün Mikrocərrahiyyəsi” Elmi-Texniki Kompleksində davam etdirmiş, burada 10 il ərzində həkim-oftalmoloq kimi çalışmışdır. Eyni zamanda aspirantura təhsilini uğurla başa vuraraq Tibb Elmləri Namizədi elmi dərəcəsinə layiq görülmüşdür.

Uzun illər ərzində qazandığı zəngin klinik təcrübə və beynəlxalq tibbi biliklər sayəsində Dr. Rəşadət Qurbanov göz xəstəliklərinin diaqnostikası və cərrahi müalicəsi sahəsində yüksək peşəkarlığı ilə tanınır.

Fəaliyyəti müddətində 10 000-dən çox katarakta əməliyyatı, 8 000-dən çox eksimer lazer əməliyyatı icra etmiş, 100 000-dən artıq pasiyentin müayinə və müalicəsini həyata keçirmişdir. Bu göstəricilər onun geniş praktik təcrübəsini və minlərlə insanın görmə qabiliyyətinin bərpasına verdiyi töhfəni əks etdirir.

Dr. Rəşadət Qurbanov müasir oftalmologiyada tətbiq olunan ən son diaqnostik və cərrahi metodlardan istifadə edərək hər bir pasiyentə fərdi yanaşma prinsipi ilə xidmət göstərir. Onun əsas fəaliyyət istiqamətlərinə kataraktanın müasir üsullarla cərrahi müalicəsi, refraktiv qüsurların eksimer lazer vasitəsilə korreksiyası, gözün ön və arxa seqment xəstəliklərinin diaqnostikası və müalicəsi, eləcə də ümumi oftalmoloji müayinələr daxildir.

Hazırda Dr. Rəşadət Qurbanov Lux International Hospitalın Göz Xəstəlikləri şöbəsinin rəhbəri kimi fəaliyyət göstərir. O, uzunillik beynəlxalq təcrübəsini, yüksək peşəkarlığını və müasir tibbi yanaşmaları bir araya gətirərək pasiyentlərin görmə sağlamlığının qorunması və bərpası istiqamətində yüksək standartlara uyğun tibbi xidmət göstərir.

Onun rəhbərliyi altında şöbədə müasir tibbi avadanlıqlardan istifadə olunmaqla dəqiq diaqnostika, effektiv müalicə və təhlükəsiz cərrahi müdaxilələr həyata keçirilir.

Dr. Rəşadət Qurbanov tərəfindən göstərilən xidmətlərə eksimer lazer ilə görmə korreksiyası, katarakta (mirvari suyu) əməliyyatları, qlaukoma (göz təzyiqi), keratokonus və digər görmə pozğunluqlarının diaqnostika və müalicəsi, göz xəstəliklərinin müasir avadanlıqlarla müayinəsi, həmçinin hər bir pasiyent üçün fərdi müalicə və əməliyyat planının hazırlanması daxildir.

Pasiyentlərin rəyləri

Qəbul üçün müraciət edin

Tarix seçin