Uzman Dr. Niyaz Şadmanov

Uzman Ümumi Cərrah

Uzman Dr. Niyaz Şadmanov
Bazar ertəsi – Cümə:

09:00–17:00

Şənbə:

09:00–13:00

Haqqında

Uzman Dr. Niyaz Şadmanov ümumi və onkoloji cərrahiyyə sahəsində ixtisaslaşmış, beynəlxalq təcrübəyə malik yüksək ixtisaslı cərrahdır. O, xüsusilə mədə-bağırsaq sistemi onkocərrahiyyəsi, kolorektal cərrahiyyə və minimal invaziv cərrahi müdaxilələr sahəsində geniş bilik və praktik təcrübəyə malikdir. Müasir laparoskopik və robotik cərrahiyyə texnologiyalarını tətbiq edərək pasiyentlərə daha təhlükəsiz, effektiv və qısa bərpa müddəti təmin edən müalicə üsulları təqdim edir.

Uzman Dr. Niyaz Şadmanov ali tibb təhsilini 2008–2014-cü illərdə Azərbaycan Tibb Universitetində başa vurmuşdur. Daha sonra peşəkar inkişafını Türkiyədə davam etdirərək 2016–2022-ci illərdə İstanbul Universiteti İstanbul Tibb Fakültəsində Ümumi Cərrahiyyə üzrə uzmanlıq (rezidentura) təhsili almışdır.

Bundan əlavə, 2023–2025-ci illərdə Acıbadem Maslak Xəstəxanasında Gastrointestinal Surgical Oncology üzrə ixtisasartırma proqramını uğurla tamamlayaraq mədə-bağırsaq sistemi onkocərrahiyyəsi sahəsində beynəlxalq təcrübə qazanmışdır.

Peşəkar fəaliyyəti ərzində Mərkəzi Klinik Xəstəxana, İstanbul Universiteti və Acıbadem Maslak Xəstəxanasında çalışaraq ümumi, onkoloji və minimal invaziv cərrahiyyə sahəsində zəngin klinik təcrübə əldə etmişdir. O, mədə-bağırsaq sistemi xərçənglərinin cərrahi müalicəsi, laparoskopik və robotik cərrahiyyə sahəsində müasir beynəlxalq protokolları gündəlik praktik fəaliyyətində uğurla tətbiq edir. Uzman Dr. Niyaz Şadmanov elmi fəaliyyətlə də aktiv məşğul olur və beynəlxalq elmi jurnallarda dərc olunan tədqiqatların müəllifidir. O, da Vinci Xi robotik cərrahiyyə sistemi, cərrahi endoskopiya və vaskulyar cərrahiyyə üzrə ixtisasartırma təlimlərini uğurla tamamlamış, həmçinin Turkish Surgical Association təşkilatının üzvü kimi beynəlxalq cərrahiyyə sahəsindəki yenilikləri daim izləyərək klinik fəaliyyətində tətbiq edir.

Uzman Dr. Niyaz Şadmanov tərəfindən göstərilən xidmətlərə yoğun bağırsaq (kolon) xərçəngi cərrahiyyəsi, düz bağırsaq xərçəngi cərrahiyyəsi, mədə və mədəaltı vəzi xərçəngi əməliyyatları, laparoskopik (qapalı) və açıq cərrahi əməliyyatlar, öd kisəsi və yırtıq əməliyyatları, hemorroy, anal çat və anal fistula cərrahiyyəsi, apendektomiya, pilonidal sinus və yumşaq toxuma əməliyyatları, həmçinin hər bir pasiyent üçün fərdi müayinə, müalicə və cərrahi əməliyyat planının hazırlanması daxildir.

Pasiyentlərin rəyləri

Qəbul üçün müraciət edin

Tarix seçin