Uzman Dr. Abdulla Tağıyev

Uzman Ümumi Cərrah

Uzman Dr. Abdulla Tağıyev
Bazar ertəsi – Cümə:

09:00–17:00

Şənbə:

09:00–13:00

Haqqında

Uzman Dr. Abdulla Tağıyev ümumi cərrahiyyə sahəsində beynəlxalq təcrübəyə malik, müasir cərrahi yanaşmalar və minimal invaziv əməliyyat texnikaları üzrə ixtisaslaşmış mütəxəssisdir. O, mədə-bağırsaq sistemi xəstəliklərinin, onkoloji patologiyaların və kolorektal xəstəliklərin cərrahi müalicəsində geniş klinik təcrübəyə malikdir. Müasir laparoskopik üsullardan istifadə edərək pasiyentlərə təhlükəsiz, effektiv və qısa bərpa müddəti təmin edən cərrahi xidmətlər göstərir. Dr. Abdulla Tağıyev ali tibb təhsilini 2007–2013-cü illərdə Azərbaycan Tibb Universitetində müalicə işi ixtisası üzrə başa vurmuşdur. Daha sonra diplomu Türkiyə Ali Təhsil Şurası (YÖK) tərəfindən tanınmış, TUS (Tıpta Uzmanlık Sınavı) imtahanını uğurla keçərək 2015–2020-ci illərdə Marmara Universitetində Ümumi Cərrahiyyə üzrə rezidentura təhsili almışdır. Təhsil və peşəkar fəaliyyəti dövründə müasir ümumi cərrahiyyə, laparoskopik və onkoloji cərrahiyyə sahəsində geniş nəzəri və praktik biliklər əldə etmişdir.

Peşəkar fəaliyyəti ərzində Marmara Universiteti Pendik Təlim və Araşdırma Xəstəxanası, Başkent Universiteti Xəstəxanası, Türk Kızılay Kartal Hospital, Labstyle Hospital və hazırda LUX International Hospital-da ümumi cərrah kimi fəaliyyət göstərmişdir. O, mədə-bağırsaq sistemi, kolorektal və onkoloji cərrahiyyə sahəsində müasir cərrahi üsulları uğurla tətbiq edərək pasiyentlərin sağlamlığının bərpasına və həyat keyfiyyətinin yüksəldilməsinə töhfə verir.

Dr. Abdulla Tağıyev peşəkar biliklərini daim inkişaf etdirərək 2025-ci ilin iyul ayında Yaponiyanın National Cancer Center Hospital East tibb müəssisəsində Prof. Dr. Takahiro Kinoshita rəhbərliyi altında mədə xərçəngi cərrahiyyəsi, laparoskopik və minimal invaziv cərrahiyyə texnikaları üzrə beynəlxalq təcrübə proqramında iştirak etmişdir.

O, Turkish Journal of Colorectal Disease jurnalında elmi məqalələrin müəllifi olmaqla yanaşı, beynəlxalq elmi konfranslarda oral və poster təqdimatlarla çıxış etmiş, onkocərrahiyyə və kolorektal cərrahiyyə sahəsində müxtəlif elmi tədqiqatlarda iştirak etmişdir.

Uzman Dr. Abdulla Tağıyev tərəfindən göstərilən xidmətlərə mədə-bağırsaq sistemi cərrahiyyəsi, laparoskopik (qapalı) əməliyyatlar, onkoloji cərrahiyyə, kolorektal cərrahiyyə, anal fistula və digər proktoloji xəstəliklərin cərrahi müalicəsi, qarın boşluğu əməliyyatları, endoskopik müayinələr, həmçinin hər bir pasiyent üçün fərdi müayinə, müalicə və cərrahi əməliyyat planının hazırlanması daxildir.

Pasiyentlərin rəyləri

Qəbul üçün müraciət edin

Tarix seçin