Yay aylarında uşaqlarda kəskinləşən xəstəliklər

Yay aylarında uşaqlarda kəskinləşən xəstəliklər

Yay fəslində isti hava, yüksək temperatur, tozcuqlar, günəş, tərləmə və həşəratlarla təmas uşaqlarda bəzi sağlamlıq problemlərinin artmasına səbəb ola bilər. Xüsusilə allergik xəstəliklərin əlamətləri yay aylarında daha qabarıq şəkildə özünü göstərə bilər.

Yayda allergiya niyə artır?

Yay aylarında havada müxtəlif bitkilərin və otların tozcuqları çoxalır. Bu tozcuqlar allergiyaya həssas uşaqlarda burun və gözlərlə bağlı şikayətlər yarada bilər.

Ən çox rast gəlinən əlamətlər:

Tez-tez asqırma

Burun axması və ya tutulması

Burun və boğazda qaşınma

Gözlərdə sulanma, qızartı və qaşınma

Öskürək

Dəridə səpkilər və qaşınma

Bəzi uşaqlarda isti hava və güclü tərləmə də dəridə qıcıqlanma və səpkilərin yaranmasına səbəb ola bilər.

Həşərat dişləmələri də allergik reaksiya yarada bilər.

Yay aylarında uşaqlar daha çox açıq havada olduqları üçün ağcaqanad, arı və digər həşəratlarla təmas artır. Dişləmə yerində yüngül qızartı və şişkinlik normal reaksiya ola bilər. Lakin şişkinliyin sürətlə artması, bütün bədəndə səpkilərin yaranması, nəfəs almaqda çətinlik və ya üz-dodaq nahiyəsində şişkinlik kimi əlamətlər ciddi allergik reaksiyanın göstəricisi ola bilər.

Valideynlər nəyə diqqət etməlidir?

Uşağın şikayətləri davamlıdırsa və hər il eyni mövsümdə təkrarlanırsa, bunu sadəcə “yay soyuqdəyməsi” kimi qiymətləndirmək düzgün deyil. Əlamətlərin səbəbini müəyyənləşdirmək üçün pediatr müayinəsi vacibdir.

Allergiyanın müalicəsi hər uşaq üçün fərqli ola bilər. Buna görə də həkim məsləhəti olmadan uşağa allergiya dərmanı vermək tövsiyə edilmir.

Unutmayaq: Yayın gözəlliyindən uşaqların sağlamlığına diqqət etməklə daha təhlükəsiz şəkildə yararlanmaq mümkündür. Uşağınızda allergiyaya bənzər əlamətlər müşahidə edirsinizsə, pediatrla məsləhətləşin.

Dr. Afət İbrahimli

Pasiyentlərin rəyləri

Qəbul üçün müraciət edin

Tarix seçin