Radiologiyada Pasiyentlər Üçün Radiasiya Təhlükəsizliyi: ALARA Prinsipi

Radiologiyada Pasiyentlər Üçün Radiasiya Təhlükəsizliyi: ALARA Prinsipi

Bildiyiniz kimi, rentgenoqrafiya, mammoqrafiya, anqioqrafiya və kompüter tomoqrafiyası (KT) kimi müayinələr rentgen şüaları vasitəsilə həyata keçirilir və bu şüalar ionlaşdırıcı xüsusiyyətə malikdir. Bu müayinələr zamanı əsas məqsəd diaqnostik keyfiyyəti qorumaqla pasiyentin aldığı radiasi- ya dozasını mümkün qədər minimuma endirməkdir. Radiologiyada bunun üçün ALARA (As Low As Reasonably Achievable) adlı təhlükəsizlik prinsipi tətbiq olunur. ALARA prinsipinə əsasən bir neçə vacib qayda mövcuddur. İlk növbədə lazımsız müay- inələrdən çəkinmək lazımdır. Eyni anatomik nahiyəyə rentgen və ya KT müayinəsi yalnız tibbi göstəriş olduqda aparılmalıdır. İkinci vacib məqam alternativ müayinə üsullarının nəzərdən keçirilməsidir. Məsələn, ultrasəs müayinəsi və maqnit-rezonans tomoqrafiya kimi ionlaşdırıcı şüa istifadə etməyən metodlara üstünlük verilə bilər. Digər mühüm qayda qoruyucu vasitələrdən istifadə edilməsidir. Qurğuşun önlüklər və xüsusi qalxanlar vasitəsilə şüalanmaya daha həssas olan bədən nahiyələri qorunur.Bundan əlavə, radiasiya dozasının düzgün tənzimlənməsi də böyük əhəmiyyət daşıyır. Uşaqlar, gənclər və hamilə qadınlar üçün aparatın parametrləri daha aşağı səviyyədə seçilməlidir.Son olaraq isə şüalanmanın dəqiq hədəflənməsi vacibdir. Yəni şüa yalnız müayinə üçün lazım olan nahiyəyə yönləndirilməlidir.

Radiologiyada əsas məqsəd diaqnostikanın keyfiyyətini qoruyaraq pasiyentin aldığı radiasiya dozasını mümkün qədər minimum səviyyədə saxlamaqdır.

Dr. Səyyarə Hüseynova

Pasiyentlərin rəyləri

Qəbul üçün müraciət edin