
Humanistliyin və peşəkarlığın nümunəsi…
Lux International Hospitalın kardioloqu Dr. Şəfa Şahbazova təyyarə reysi zamanı səhhətində qəfil problem yaranan sərnişinə operativ tibbi yardım göstərərək onun vəziyyətinin stabilləşməsinə kömək edib. Həkimlik peşəsi yalnız xəstəxana divarları arasında fəaliyyət göstərmək deyil, insan həyatına ehtiyac duyulan hər an və hər yerdə ümid olmaq, doğru qərarı vaxtında verərək həyatlara toxunmaq deməkdir. Dr. Şəfa Şahbazovanın göstərdiyi peşəkarlıq, soyuqqanlılığı və humanist yanaşması bunun ən gözəl nümunələrindən biri oldu. Bu nəcib addım qarşılıqsız qalmayıb. Bu gün həmin sərnişin və onu təmsil edən nümayəndələr göstərilən diqqətə, qayğıya və yüksək peşəkar tibbi yardıma görə minnətdarlıqlarını şəxsən ifadə etmək üçün Lux International Hospitala gələrək həkimimizə fəxri təşəkkürnamə təqdim ediblər. Pasiyentlərin etimadı, təşəkkürü və məmnuniyyəti hər bir həkim üçün ən dəyərli mükafat, peşəsinə verilən ən yüksək qiymətdir. Bu cür nümunələr insan həyatına xidmət edən həkimlərimizin məsuliyyətini, fədakarlığını və peşəsinə olan sonsuz bağlılığını bir daha göstərir. Dr. Şəfa Şahbazovanı bu qürurverici dəyərləndirmə münasibətilə ürəkdən təbrik edir, ona gələcək peşə fəaliyyətində yeni uğurlar, möhkəm cansağlığı və daha çox insan həyatına ümid olmağı arzulayırıq!
Lux International Hospitalın kardioloqu Dr. Şəfa Şahbazova təyyarə reysi zamanı səhhətində qəfil problem yaranan sərnişinə operativ tibbi yardım göstərərək onun vəziyyətinin stabilləşməsinə kömək edib.
Dr. Afət Cabbarova