
Dəri baryerini necə qorumaq olar?
Dəri baryeri dərinin ən üst qoruyucu qatıdır. Suyu dəridə saxlayır, bakteriya, allergen və qıcıqlandırıcıların içəri keçməsinin qarşısını alır. Baryer zəiflədikdə quruluq, yanma, qızartı, səpkilər, həssaslıq və sızanaq arta bilər. Dəri baryerini qorumağın əsas yolları
1. Üzü həddindən artıq yuma
Gündə 2 dəfədən çox, xüsusilə sərt təmizləyicilərlə üz yumaq dəri baryerini zəiflədə bilər. Nə etmək lazımdır: Yumşaq, sulfatsız cleanser istifadə et. İlıq sudan istifadə et, isti sudan uzaq dur. Üzü sürtmə, dəsmalla yüngül tampon hərəkətlərlə qurula. Uyğun tərkiblər: Ceramide Glycerin Panthenol
2. Nəmləndirici istifadə etmək
Dəri baryerinin əsas struktur komponentləri lipidlərdir. Nəmləndiricilər bu lipidlərin dəstəklənməsinə və dərinin nəmliyinin qorunmasına kömək edir. Faydalı tərkiblər: Ceramides Cholesterol Fatty acids Squalane Hyaluronic acid Ən yaxşı tətbiq vaxtı: Üz bir az nəm ikən nəmləndirici tətbiq etmək.
3. Günəşdən qorunma
UV şüaları dəri baryerinə zərər verə bilən əsas amillərdən biridir. Hər gün: SPF 30 və ya daha yüksək qoruyucu istifadə et. Açıq havada uzun müddət qaldıqda SPF-i 2–3 saatdan bir yenilə. Həssas dəridə mineral filtrlər, məsələn, zinc oxide və titanium dioxide, daha rahat ola bilər.
4. Aktiv məhsulları çox qarışdırmamaq
Bir çox aktiv məhsulun eyni anda istifadəsi dərini qıcıqlandıra və baryeri zəiflədə bilər. Diqqətli istifadə edilməli aktivlər: Retinol AHA/BHA Benzoyl peroxide Qayda: Yeni məhsulu tədricən əlavə et. İstifadəyə həftədə 2–3 dəfə ilə başla. Yanma və ya güclü qıcıqlanma yaranarsa, istifadəyə fasilə ver.
5. Dərinin mikrobiomunu qorumaq
Dərinin səthində faydalı mikroorqanizmlər yaşayır və onlar dəri sağlamlığında mühüm rol oynayır. Sərt təmizləyicilər və həddindən artıq aktiv məhsullar dəri mikrobiomunun balansını poza bilər.
Dr. Sevinc Məmmədova