
Fibroadenoma Hansı Hallarda Cərrahi Müalicə Tələb Edir?
Müşahidə zamanı fibroadenomanın ölçüsündə əvvəlki müayinələrlə müqayisədə böyümə müşahidə olunursa, fibroadenomanın quruluşunda və ya formasında dəyişiklik yaranırsa, əvvəllər olmayan yeni kalsinatlar (kalsium toplanmaları) meydana çıxırsa, fibroadenomada qanlanma artırsa və ya müayinə zamanı onu qidalandıran damar müşahidə olunursa, bu hallarda cərrahi müalicəyə üstünlük verilməsi tövsiyə oluna bilər.
Lakin bu əlamətlərin mövcudluğu hər zaman cərrahi müdaxilənin mütləq aparılacağı anlamına gəlmir. Yekun qərar cərrah-mammoloq tərəfindən pasiyentin fərdi vəziyyəti nəzərə alınaraq verilməlidir.
Qərar zamanı fibroadenomanın ölçüsü və dinamikası ilə yanaşı, struktur xüsusiyyətləri, ailəvi risk faktorları, yanaşı xəstəliklər və digər müayinə nəticələri kompleks şəkildə qiymətləndirilir.
Bütün bu amillər nəzərə alındıqdan sonra fibroadenomanın müşahidə altında saxlanılması və ya cərrahi müalicəyə üstünlük verilməsi barədə yekun qərar qəbul edilir.
Dr. Afət Cabbarova